main-post-cover

    Etibarlı bağlantı vasitəsindən istifadə edən kompüter, telefon vasitəsilə hack edildi.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    İsrailli elm adamları Air Gap istifadə edən bir kompüteri sadə bir telefon vasitəsilə hack etməyi bacarıblar.
    Air Gap bağlantısı əsasən yüksək təhlükəsizlik tələb edən ərazilərdə,nüvə reaktorlarının qorunduğu yerlərdə istifadə edilir.Lakin bu qədər güvənli olmasına baxmayaraq android belə olmayan sadə bir telefon vasitəsilə bu güvənlik sistemi hacklanıb.Bəs Air Gap nədir? - Air Gap internet bağlantısı istifadə olunmayan ərazilərdə kompüterlər arasında əlaqə yaratmaq üçün və təhlükəsizliyi ən üst səviyyədə təmin etmək üçün istifadə olunan bağlantı sistemidir.Beləki, Air Gap istifadə edən kompüterlərdə virus düşməsin deyə heç usb girişi belə olmaz.Bu tip çox yüksək təhlükəsizliyə sahib olan bir sistem üçün elm adamları yeni bir məlumat oğurlama sistemi hazırlayıblar.GSM əlaqəsi və elektro maqnit dalğaları vasitəsilə həyata keçirilən bu hacklama işi, kompüterdə və telefonda olan bir tətbiqetmə vasitəsilə aparılır.Kompüterin qrafik kartının yaratdığı radio dalğaları aşkar edən və FM radio alıcısı ilə bu siqnalları tuta bilən telefon bu andan etibarən kopüterin sisteminə daxil olur.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər