main-post-cover

    Ev şəraitində notebook-u sındırmağın 3 sadə üsulu.

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas
     
    Komputer təmiri ilə bağlı bir neçə məqalə yazmışdıq. Bu dəfə sizə ev şəraitində notebook-u necə xarab etmək barəsində yazacağıq. Təbii ki, notebook-u öz istəyinizlə sındırmaq fikri qəribə səslənir lakin buna bəzən ehtiyac olur. Aşağıdakı 3 üsul vasitəsilə siz notebook-unuzu asanlıqla yararsız hala sala bilərsiniz:
     
    1. Sərt bir cisim götürüb ehmalca notebook-un ekranına döyəcləyin. Bununla siz ekranı sındırmış olursunuz və təcili olaraq sizə notebook lazım olsa o yararsız vəziyyətdə olacaq. Lakin bu hər şey demək deyil, çünki ekranı yenisi ilə əvəz edib onu yenidən işlək vəziyyətə gətirmək olar. Bunun baş verməməsi üçün keçək nömrə ikiyə.
    2. Növbəti mərhələdə klaviaturada H J və K hərfləri olan hissəyə güclü zərbələr endirib həmin hissəni yararsız hala salın. Çünki notebook-un qəlbi burada yerləşir. Prosessoru sındırdıqdan sonra artıq böyük ölçüdə iş həll olunub. Qeyd edək ki, modellərdən asılı olaraq prosessorların yerləşmə ərazisi fərqli ola bilər.
    3. Əgər prosessorsu yararsız halda olan notebook-da sizi qane etmirsə, o zaman işi kökündən həll etmək üçün notebook-un arxa aşağı hissəsində olan qapağı açın. Siz burada çox vacib məlumatların olduğu sərt diski görəcəksiniz. Onu ehmalca yerindən oynadın və səliqəli şəkildə həmin hissəni oradan ayırın. Artıq bütün məlumatlar əlinizdədir və onlar məhv olmağa hazırdırlar. Xüsusilə kiçik disk yerləşən hissəyə möhkəmcə çəkiclə vurun oranı yaxşı əzişdirdikdən sonra komputerə giriş hissəsi olan uclarını kəlbətinlə qoparın.
     
    Beləliklə artıq siz komputerinizdən azad oldunuz. Bu məqalədə sizə notebook-u asan sındırmağın yolları haqqında danışdıq. Növbəti məqaləmizdə sizə telefonu necə suda saxlamaq olar barəsində yazacağıq.

     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər