Evdə istifadə etdiyiniz modem digər otaqlara siqnal göndərmirsə yaxud bunu zəif edirsə, sadə üsulla bu problemi aradan qaldırmaq olar.
Çoxumuz evlərdə sadə modemlərdən istifadə edir. Az otağı olan evlərdə wifi siqnallarının ötürülməsində elə də ciddi problemlər yaşanmır. Lakin çox mənzilli evlərdə bəzən olur ki, digər otaqlara wifi dalğaları ötürülmür. Əlavə avadanlıqlar almaqdansa, bəzi xırda əməliyyatları ev şəraitində etməklə bu dalğaların gücünü artıra bilərsiniz. Həmin əməliyyatları addım-addım izah edirik. Bunun üçün sizə tənəkə qab lazımdır.
1. Tənəkə qabın üst hissəsinni ehtiyyatlı bir şəkildə kəsin. (tam yox 5 sm hissəsin kəsməyin)
2. Tənəkə qabın alt hissəsini təmamilə kəsin və arada qalan boş hissəni genişləndirin.
3. Alınmış fiquru antenaya aşağıdakı şəkildə yerləşdirin.
Burada diqqət ediləsi məqam ondan ibarətdir ki, tənəkələrin baxış istiqamətlərini fərqli yerləşdirin. Tənəkənin baxdığı hissələrdə çox güclü dalğa olacaq, əks hissədə isə daha az dalğa olacaq.
Şərh yoxdur