main-post-cover

    Evdən qaçan uşaq 10 il internet klubda yaşadı. Pulu isə oyundan qazandı.

    Digər
    07.05.2017
    Farid Pardashunas
    Xiao Yun adlı çinli qız 14 yaşında olarkən evdə ailəsi ilə mübahisə edir və gənc qız evdən qaçmaq qərarına gəlir. Düz 10 il müddətində bütün səylərə baxmayaraq qızı tapmaq mümkün olmur. Bu yaşda bir xanım harada yaşayırdı? necə pul qazanırdı? heç bir məlumat yox idi. Nəhayət Polisin axtarışları zamanı bu çinli xanım 24 yaşında tapıldı. Sən demə bu xanım düz 10 ildir ki, bir internet klubda qalır. Qazancı isə CrossFire adlanan bir oyun üzərindəndir. Bu oyunu oynayaraq gəlir əldə edən xanım 10 il ailədən uzaq yaşamağı bacarıb. Bundan əlavə hətta özünə saxta bir kimlik də düzəldib. Qızın anası açıqlamasında qeyd edib: " Çox inadkaram və tez əsəbləşirəm. Bundan sonra qızıma əsəbləşməyəcəm çünki artıq onun 24 yaşı var"
    Linki kopyala