

Danışıqların çalışanlar, müştərilər və partnyotlar arasında qalmasını özünə missiya seçən Silent Circle yeni nəsil ağıllı telefonları olan Blackphone 2’ni təqdim etdi. 5.5 inçlik Gorilla Glass HD ekrana sahib olan Blackphone 2’də Qualcomm’un səkkiz nüvəli prosessoru yer alıb. Diğer xüsusiyyətlər arasında isə 3 GB RAM, microSD ilə artırıla bilən 32 GB daxili depolama, 13 MP arxa və 5 MP ön kamera ilə Quick Charge 2.0 xüsusiyyətli 3060 mAh batareya da var.
Android’in gizlilik üçün yaradılmış və sadəcə bu cihazda istifadə oluna bilən versiyası olan Silent OS’u istifadə edən Blackphone 2’də bütün proqramlar hüquqi və fizik şəxslərin ayrı və təhlükəsiz olması üçün yaradılıb. Şirkət bir nöqsan tapıldıqda 72 saat içində müdaxilə edəcəklərinin də sözünü verir. Əlavə olaraq Android for Work proqramına dəstək də verilərkən Google’un proqramları ilə də uğurlu inteqrasiya yaradılır. Bundan başqa cihaz; Mobilelron, Citrix, Good və SOTI kimi mobil cihaz idarə sistemləri ilə də işləyə bilir.
Galaxy S6 haqqında hər şey!
Blackphone 2’nin qiyməti isə 799 dollar olaraq açıqlanıb.
Şərh yoxdur