Excel cədvəlinin son sətrinə çatmaq üçün 9 saatını sərf etdi (VİDEO)
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Amerikalı blogger maraqlı və bir o qədər də mənasız təcrübə aparıb.
Belə ki, Hunter Hobbs adlı blogger, Excel cədvəlinin hansı sətrdə
bitəcəyini müəyyən edib. Bu təcrübə zamanı onun özünü necə əyləndidiyi barədə
videonu blogger, YouTube kanalında yerləşdirib. "Technote.az"ın "Lenta.ru"a istinadən verdiyi xəbərə əsasən Excel cədvəlinin sonuna çatmaq
üçün Hobbs-a 9 saat yarım vaxt lazım olub. Beləliklə məlum olub ki, Excel cədvəli 1.084.576-cı sətrdə sona çatır. Bloggerin bildirdiyinə görə Excel cədvəlinin
son sətrini aşkar etmək onun həyatındakı ən mənasız işlərdən biri olub. Lakin
bir tərəfdən baxanda bunu kimsə etməli idi.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ