main-post-cover

    Facebook, 17 kameraya sahib və 8K çəkim dəstəyi olan 360 dərəcəlik kamerasını təqdim etdi.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Dünən baş verən F8 konfransında diqqət çəkən yeniliklərdən biri də, Facebook tərəfindən təqdim olunan 360 dərəcə çəkim edə bilən Facebook Surround 360 kamerası oldu.

     
    Son zamanlar Virtual Reallıq dünyasının inkişafına dəstək verərək gündəmə gələn Facebook, facebookda 360 dərəcə videoların aktivləşdirilməsi və Oculus firmasının satın alınması kimi addımlardan sonra bu dəfə özünəməxsus 360 dərəcəlik kameranı dünən baş tutan F8 konfransında təqdim edib. 17 ədəd kameraya sahib olan Facebook Surround 360'da eninə düzülmüş 14, üst hissədə 1, aşağı hissədə isə 2 ədəd kamera yer alır. 



    GitHub üzərindən açıq qaynaqlı kod vasitəsilə sazlana bilən bu kamera, tam olaraq 8K keyfiyyətində video çəkə biləcək. Bu kameranın dünyanın ən yaxşı 360 dərəcəlik kamerası olduğunu iddia edən facebook, virtual reallıq mövzusunda Oculus Rift və Samsung Gear VR'ı ön plana çıxaracaq. Çünki, bu kamera sadəcə facebook üzərindən, Oculus Rift və Gear VR ilə idarə oluna biləcək.

    Facebook bununla GoPro, Nikon, Nokia, Samsung, LG və Google kimi firmaların tanıtdıqları 360 dərəcəlik kameraları ilə rəqabət aparacaq. Virtual Reallıq dünyasında sadəcə 360 dərəcə çəkimlə yetinməyən bu kamera 8K keyfiyyəti təqdim edir. Görünən odur ki, bu açıq-aşkar rəqiblərə nəzərən facebook'un üstünlüyüdür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər