main-post-cover

    Facebbok haqqında doğru bildiyimiz, əslində isə yalan olan 5 məlumat.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Sözsüz ki, facebook dünyada ən çox istifadə olunan sosial şəbəkədir. Hər birimizin bu sosial platformada profili var və biz öz şəxsi məlumatlarımızı sahib olduğumuz bu profildə qeyd edirik. Bütün bu məlumatlar facebook-un əlində cəmlənir və bu məlumatları facebook reklam aləti kimi istifadə edir. Bu gün ki, xəbərimizdə sizlərə facebook haqqında doğru bildiyimiz lakin əslində ağ yalan olan 5 məlumatı yazacağıq.
    1. Profilimizə kimlərin baxdığını görmək.
    Bəzi saytlar və tətbiqlər var ki, orada öz facebook profilimiz vasitəsilə qeyd olduqda onlar bizə gündəlik profilimizə kimlərin baxdığını göstərir. Əslində qulağa xoş gəlir amma təəssüf ki, bu yalana inanlar çoxdur. Facebook özü dəfələrlə bu barədə açıqlama verib. Həqiqətən belə bir sistem yoxdur və əgər bu mövcud olsa idi elə facebook-un özü bunu bir funksiya kimi istifadə edərdi. Yəni bu özəllik təmamilə yalandır.
    2. Dostlarımızdan gələn bütün mesajlar güvənilirdir.
    Bəzən dostluğumuzda olmayan şəxslər tərəfindən spamlar və viruslar bizə mesaj olaraq gəlir və əksər istifadəçilər bu mesajları açmaqdan çəkinirlər. Lakin artıq belə bir əfsanə yaranıb ki, əgər dostluğumda olan bir dostumdan mesaj gəlirsə deməli güvənilirdi, spam və ya virus ola bilməz. Təəssüf ki, bu belə deyil dostunuzun hər hansı bir virusa klik eləməsi artıq onun profilinin başqa əllərdə olmasına səbəb olur. Beləcə rahatlıqla sizə dostunuz tərəfindən virus göndərilə bilər. Bunun üçün dostunuzu qınamağa ehtiyac yoxdur, çünki virusu göndərən o deyil.
    3. Facebook-da olan şəkillərimiz güvəndədir və başqasına satıla bilməz.
    Mark açıqlamasında məlumatların və şəkillərin güvəndə olduğunu qeyd etmişdi. Lakin, işin dərininə getsək bizim məlumatları satıb pul qazanan bu adam niyədə şəkillərimizi kimləsə bölüşməsin. Bir gün sizin şəkillər hansısa qəzetdə çıxsa və özünüzü görsəz təəccüblənməyə dəyməz və haqqınızı tələb edə bilmərsiniz. Çünki, facebook yüklədiyiniz şəkili reklam olaraq istifadə etmək haqqına sahibdir.
    4. Facebook pullu olacaq.
    Bundan daha yaxşı yalan ola bilməzdi. Facebook pulsuz olub və bundan sonra da pulsuz olacaq. Çünki, Mark pulu reklamlardan qazanır və belə bir addım atıb kütləsin itirmək ağılsızlıq olardı.
    5. Facebook istifadə etmirəm bunun üçün də məlumatlarım gizlidir. 
    Bunu deyən çox dostumuz var amma təəssüfki, onlar öz məlumatlarının facebook-un əlində olduğundan xəbərsizdirlər. Siz facebbok istifadə etməsəniz də hansısa dostunuz facebook istifadə edir və onun telefon kontaklarında sizin adınız, nömrəniz, ev ünvanınız və mailiniz var. Facebook ağıllı telefonların üstünlüklərindən istifadə edərək bu məlumatları əldə edir.
    Linki kopyala