main-post-cover

    Facebook 3-cü rüb statistikalarını və gəlirlərini açıqladı!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Sosial şəbəkə lideri Facebook 3-cü rüb hesabatlarını insanlara təqdim etdi. Bu hesabata nəzər salsaq görərik ki, bu il şəbəkə üçün çox uğurlu olub. Statistikaya görə hal-hazırda Facebookun aktiv 1.55 milyard istifadəçisi var. Hər gün isə 1 milyarddan çox insana xidmət göstərilir. Bu rəqəm keçən ilin hesabatlarına görə 17% artıb. Buna əlavə olaraq isə 700 milyon insan Messengerdən istifadə edir. Hər gün 8 milyarddan çox video görüntülənir, 925 milyondan çox istifadəçi qrupları istifadə edir və 45 milyondan çox istifadəçi kiçik-orta səhifə sahibləridir. Şirkətin aldığı şirkətlərə nəzər salsaq görərik ki, 900 milyondan çox Whatsapp, 400 milyondan çox İnstagram istifadəçisi vardır. Bu rəqəmlər də keçən ilə nisbətən xeyli artıbdır.
    fbq3700

    Bu statistikalardan sonra isə şirkətin gəlirlərinə nəzər salaq. Şirkət 4.5 milyard dollar gəlir əldə edib və saf qazancı 1.46 milyard dollar olub. Yəni, keçən ilin rəqəmlərinə görə bu il 40% artım qeydə alınıb. Gəlirin böyük hissəsi isə mobil sektordan gəlir. Bu sahədə olan reklamların həcmi 78%dir.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər