main-post-cover

    Facebook 360 dərəcəlik şəkilləri hər kəs üçün aktiv etdi

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosyal medyanın nəhənglərindən biri olan Facebook, keçən həftə ilk xəbərini verdiyi 360 dərəcəlik foto dəstəyini nəhayət bütün istifadəçilər üçün təqdim etdi.

    Bundan sonra artıq Facebook'un həm mobil, həm də stolüstü xəbər lentində 360 dərəcəlik şəkillər yüklənə bilinəcək və birbaşa olaraq görüntülənəcək. 360 dərəcəlik videolar kimi eyni məntiqə sahib olan şəkillərə baxmaq üçün veb versiyada mausla, mobil versiyada isə telefonu sağa sola hərəkət etdirməklə nail ola bilərsiniz. Bundan bir müddət əvvəl aldığı Oculus VR fiması ilə virtual reallıq barəsində dəstəyi illər əvvəl göstərən Facebook, bu dəstəyə sahib olan Samsung telefonlar və Samsung Gear VR üzərindən fotoları virtual reallıq təcrübəsinə daxil edəcək

    Bu xüsusiyyət qısa zamanda hamının zaman tunelində aktiv olacaq. Bu tip şəkillərin artması isə 360 dərəcəlik kameraların artmasından asılıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər