main-post-cover

    Facebook-a canlı audio yayım funksiyası gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook sosial şəbəkəsinin komandası, Live Audio servisinin test sınaqlarına başladığını elan etdi.

    Bu servis vasitəsilə istifadəçilər real zaman ərzində online audio yayımlar edə biləcəklər. Artıq istənilən istifadəçi, qrup, cəmiyyət, Facebook daxilində canlı audio yayım edə biləcək. Facebook mütəxəssisləri əmindirlər ki, sözügedən servis hətta interneti zəif olan regionlarda belə çalışacaq. Belə ki, audio yayımın ötürülməsi üçün sürətli internetə ehtiyac yoxdur. İstifadəçilər digər mənbələrdən diqqətlərini ayırmayaraq Facebook vasitəsilə canlı audio yayımlara qulaq asa biləcəklər. Android smartfon istifadəçiləri isə Facebook tətbiqindən çıxsalar və ya telefonun ekranını deaktiv etsələr belə audio yayıma qulaq asa biləcəklər. iOS istifadəçiləri üçün isə belə imkan olmayacaq. Onlar Facebook tətbiqində qalmalı olacaqlar. Lakin buna baxmayaraq canlı audio yayıma qulaq asa-asa onlar sosial şəbəkədəki digər işlərini görə biləcəklər. Hal-hazırda yeni funksiyanı dünyanın böyük xəbər servisləri test edirlər. Adi istifadəçilər üçün isə bu funksiya 2017-ci ilin əvvəlində aktiv olacaq.
    Linki kopyala