Facebook-a insanları kəşf et xüsusiyyəti gəlir!

Facebook-a insanları kəşf et xüsusiyyəti gəlir!

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

 

Facebook uzun müddətdir var olan bəzi xüsusiyyətlərini tək bir platforma altında toplayacaq olan Discover People yəni İnsanları Kəşfet xüsusiyyətini çox yaxında iOS və Android platformaları üçün yayımlamağa hazırlaşır.

Facebookun iOS Android cihazlardalı mobil tətbiqinə əlavə ediləcək bu xüsusiyyət vasitəsilə artıq ətrafınızdakı insanların nələr etdiklərini, hansı tədbirlərə qoşulduqlarını rahatlıqla görə biləcək ya da sizinlə daha əvvəl eyni yerdə işləyən insanları qısa vaxtda görə biləcəksiniz.


Sizinlə eyni tədbirlərə qoşulan yeni insanları kəşf etməyinizə də şərait yaradacaq bu xüsusiyyət (Bu vəziyyət Azərbaycan üçün çox da keçərli deyil) vasitəsilə yeni dostluqların da qarşısı açılmış olur deyə bilərik.

Hətta artıq köhnə sevgilinizlə eyni tədbirdə qarşılaşmaq kimi bir vəziyyətin də qarşısını ala biləcəksiniz. Təbii ki bunu da bildirmək lazımdır ki, insanlar bu cür paylaşımların nə qədərinin sizlərə çata biləcəyini də özləri seçə biləcəklər. Yəni mobil cihazınızdan Discover People xüsusiyyətini istifadə etdiyinizdə nələri paylaşmaq istədiyinizi seçə biləcəksiniz.


Əslində, tədbirlərə kimlərin qoşulduqlarını onsuzda tədbirin səhifəsindən görə bilirdik. Əlavə olaraq yuxarıda saydığımız bəzi xüsusiyyətlər də onsuzda hal-hazırda Facebookun tərkibində mövcuddur. Lakin Facebook mühəndislərinin son istifadəçinin daha rahat çata bilməsi üçün hər şeyi tək bir bölmədə toplamağa qərar verdiyini deyə bilərik.

Son olaraq da Facebook-un bu yenilənməni siz bu xəbəri oxuyarkən paylaşmış olacağını da bildirək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×