main-post-cover

    Facebook\'dan yenilik! Ad günləri video ilə təbrik ediləcək.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook istifadəçiləri, gələn yenilənmə vasitəsilə facebook tətbiqindən istifadə edərək həmin gün doğum günü olan dostlarını qısa video ilə təbrik edə biləcəklər.


    Facebook, istifadəçilərini video işinə cəlb etməkdən ötrü əlindən gələni edir. Video görüntülü profil rəsmi, canlı yayım etmək xüsusiyyətindən sonra facebook bu dəfə istifadəçilərin dostlarını video vasitəsilə təbrik etməsinə şərait yaradır. Test mərhələsində olan bu yenilənmə nəhayət ki, istifadəyə verilir.

    Facebook istifadəçiləri artıq doğum günü olan dostlarını 15 saniyəlik bir video ilə təbrik edə biləcək. Hələ ki, 15 iOS platforması üçün mövcud olan bu xüsusiyyətdən istifadə etmək üçün tətbiq vasitəsilə dostunuzun profilinə daxil olursunuz və sizin qarşınıza çıxan seçim vasitəsilə bir video çəkib dotunuzun löhvəsinə paylaşırsınız. Videonu yayımlamadan əvvəl istəyinizə uyğun olaraq video'ya doğum günü animasiyaları və yazıları əlavə edə bilərsiniz.


     
    Yuxarıda qeyd etdiyimiz kimi bu xüsusiyyət iOS istifadəçilərinin xidmətinə verilib. Yaxın zamanda Android platformasın da gələcəyin qeyd etmək yerinə düşərdi.
    Linki kopyala