main-post-cover

    Facebook Android cihazlar üçün daha bir yenilik edib

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Sosial şəbəkə nəhənglərindən olan Facebook daha bir yeniliklə qarşımızdadır.

    Bildiyiniz kimi bir müddət öncə böyük dizayn və müxtəlif xüsusiyyətlər gətirən Facebook, iOS cihazlara daha əvvəl gətirdiyi yeniliyi artıq Android istifadəçiləri üçün də təqdim edib. Bir müddət öncə profildə 7 saniyəlik qısa video roliklə özünüzü tərənnüm edə biləcəyiniz yeniliyin olacağını açıqlayan Facebook, daha sonra ilk dəfə olaraq bu yeniliyi iOS istifadəçiləri üçün təqdim edib. Həmin istifadəçilər 7 saniyəlik videolar çəkib profil videosu adı altında yayımlayırdılar. Profilə daxil olduqda sanki bir GİF formatı kimi həmin videolar hərəkət edirdi. Video daim hərəkətdə olur və profili daha maraqlı göstərir. Hal hazırda bu xüsusiyyət Android istifadəçiləri üçün də təqdim olunub. Profil videolarını aktivləşdirmək üçün əvvəlcə profilinizə daxil olun. Daha sonra profil şəkilinizin üstündə olan Edit düyməsinə tıklayın.
    Facebook Android cihazlar üçün daha bir yenilik edib
    Həmin yazıya tıkladıqda qarşınızda bir menyu açılacaq. İlk seçimdə "Take a New Profile Video" seçimi göstərilib. Bu hissəni seçdikdə telefonun ön kamerası açılır və video çəkib profilə yerləşdirə bilirsiniz. İkinci seçim olaraq isə "Upload Video or Photo" seçimi göstərilib ki, buradan da əvvəlcədən çəkdiyiniz hər hansı bir videonu yükləyə bilərsiniz.
    Bu yenilikdən faydalanmaq istəyənlər proqramı Google Play Store üzərindən yeniləyə bilər. Facebook'un son versiyasını isə buradan yükləyə bilərsiniz.

    Linki kopyala