main-post-cover

    Facebook Android\'ə Canlı Yayım funksiyasını əlavə edəcək.

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
     
    Facebook’un bir neçə həftə əvvəl iOS’da aktiv etdiyi canlı yayım funksiyası  Androiddə də aktiv ediləcək.

    Facebook, ilk  olaraq ABŞ’dakı iOS istifadəçiləri üçün canlı yayım funksiyasını aktiv etmişdi. Şirkət, sonuncu açıqlamasında canlı yayım funksiyasını Android platformasında da aktiv edəcəyini bildirib. Əlbəttə Android platformasında da ilk öncə ABŞ istifadəçiləri üçün aktiv olacaq. Daha sonra digər ölkə istifadəçiləri üçün də bu funksiyanın aktiv olunacağı deyilir. Yəni bu yenilik global olaraq bütün istifadəçilərə təqdim olunacaq.

    Facebook Live funksiyasından, iOS platformasında 30 fərqli ölkədə aktiv olaraq istifadə etmək mümkündür 
    Həmçinin ilərləyən günlərdə canlı yayım funksiyası iOS’da digər ölkələr üçün də aktiv olacaq. Canlı yayım funksiyasının Android platformasında da aktiv olması ilə birlikdə istifadəçi sayı da artacaq.

    Sosial şəbəkənin, canlı yayım video izlənmə statistikalarına aid önəmli rəqəmlər də paylaşılıb. Statistikaya əsasən Facebook’da canlı yayım izləyənlərin 50%-i  Android istifadəçiləridir.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər