"Facebook" az RAM istifadə edən Messenger Lite-ı istifadəyə verməyə hazırlaşır
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook yeni Messenger Lite versiyasını istifadəçilərə təqdim etməyə hazırlaşır
Bir çoxlarımızın şikayət etdiyi ortaq
mövzulardan biri də RAM-ın çox istifadə olunmasıdır. Bunu nəzərə alan Facebook öz istifadəçilərini sevindirəcək yenilik edib və yeni Facebook Messenger Lite versiyasını istifadəyə verib.
Demək olar ki, hər gün istifadə etdiyimiz
Messenger mobil cihazlarda ən çox RAM sərf edən tətbiqlərdən biridir.
Facebook-un yeni Messenger Lite versiyası hər kəsin bu xidmətdən daha asanlıqla
istifadə etməsi üçün nəzərdə tutulub.
Facebook Messenger yalnız zəif deyil, o
cümlədən güclü texniki xüsusiyyətlərə də malik cihazlar üçün əlverişsiz sayılırdı.
Ona görə də Facebook-un yeni versiya messenger xidmətinin əvvəlki ilə müqayisədə
daha çox istifadə olunacağı güman olunur.
Facebook Lite kimi daha sadə və daha az RAM
istifadə edən Messenger Lite ilk olaraq daha zəif və köhnə model
telefonların istifadə olunduğu Kenya, Malaziya, Şri Lanka, Tunis və Venesuela kimi ərazilərdə istifadəyə verilməsi nəzərdə tutulur.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!