Facebook bir çox istifadəçini sevindirəcək yenilik gətirir

08.05.2017 0 PAYLAŞIM 5530 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

Facebook son günlərdə daha bir yenilik üzərində çalışır. 

Facebook öz mobil tətbiqetməsi üzərində Instagram`da aktivləşdirdiyi "Hekayələr”(Stories) funksiyasını yoxlayır. Xatırladaq ki, bu funksiya ilk olaraq Snapchat tətbiqetməsində mövcud idi, Facebook Instagram üzərində onu daha da təkmilləşdirib istifadəçilərə təqdim etmişdi.

Bu funksiya Instagramda çox dəqiq və təkmil işləyir. Facebook üzərində yoxlaması gedən funksiya, proqrama daxil olarkən Ana Səhifənin ən üstündə kiçik karusel dairələr şəklində mövcud olacaq. Snapchat və Instagram kimi, Facebook üzərində də 24 saat aktiv olacaq paylaşılmlarda müxtəlif effektlərdən istifadə edə biləcəksiniz.

 

Hekayələrə daxil edilmiş foto və videolar Xəbər Lentində və profillərdə görünməyəcək. Onlara fikir bildirmək üçün Instagram`da olduğu kimi birbaşa mesaj yazaraq (direct message) şərh edəcəksiniz, onlara şərh funksiyası ilə cavab verə bilməyəcəksiniz. Instagram hekayələr bölümünə son 24 saat ərzində çəkilmiş şəkilləri əlavə etməyi icazə verir. Bunun Facebook`da da tətbiq olunub-olunmaması isə bilinmir.

Bu barədə Facebook tərəfindən gələn açıqlama isə belədir:

"Bu gün insanların paylaşım metodları 5, hətta 2 il əvvəlkinə nəzərən çox fərqlidir – daha vizual, daha çox foto və son zamanlarda daha çox video paylaşılır. Biz istəyirik ki, bu prosesi asanlaşdırmaqla insanların istədikləri an istədikləri şəxslə yaradıcı və gözalan şəkillərini istədikləri yerdə paylaşsınlar. Biz hal hazırda yeni kamera və yeni birbaşa mesaj funksiyaları keçen rübdən bəri İslandiyada test edirik. Hekayələr isə insanlara istədiklərini etmək üçün köməkliyimizin bir parçasıdır.”

Bu funksiyanın istifadəsi həqiqətən də böyük marağa səbəb olub. Çünki son 5 ayda Instagram üzərindən hekayələr funksiyasından 150 milyon insan istifadə edib.