
Facebook-da özü-özünü təhdid edərək həbsə düşdü
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Maraqlı hadisə Las Veqasda baş verib.

Belə ki, 25 yaşlı Las Veqas sakini Stephani Renae Lawson, Facebook-da fake hesablar yaradaraq öz sevgilisini tələyə
salmaq istəyib. Nəticədə o, 1 illik azadlıqdan məhrum edilib. Öz sevgilisindən
ayrılandan sonra Stephani sevgilisinin adı ilə fake hesab yaradaraq özünə təhdidedici
ismarıclar göndərib. "Technote.az”ın "Gazeta.ru”a istinadən verdiyi xəbərə əsasən
polislər həmin şübhəli şəxsi yaxalayıblar. Lakin sonradan zərərçəkmiş şəxsin
ifadəsindəki qarmaqarışıqlara rast gəliblər. Nəticədə Stephani elədiyi əməli
boynuna alıb və 1 illik həbs cəzası ilə cəzalandırılıb. Onun keçmiş sevgilisinə
qarşı olan bütün ittihamlar isə geri çəkilib.
Linki kopyala
Həftənin xəbərləri

