Reklam
Facebook-da reklam verənləri sevindirəcək yenilik

Facebook-da reklam verənləri sevindirəcək yenilik

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

"Facebook" öz rəqiblərini hər sahədə qabaqlamağı qarşısına məqsəd qoyub. Belə ki, oktyabr ayında istifadəyə verilən Slideshow-a yeni xüsusiyyətlər əlavə olunub. Xatırladaq ki, Slideshow reklamların slaydlar vasitəsilə "Facebook"da yayımına şərait yaradırdı. Belə ki, istifadəçi fotolardan istifadə edərək videolar düzəldir və reklam şəklində yayımlayırdılar. "Facebook", Slideshow-a olan marağı daha da artırmaq üçün yeniliklər edib.

Slideshow-un yenilikləri nədən ibarətdir?


Artıq düzəltdiyiniz reklamlara yazı və musiqi əlavə etmək mümkün olacaq. Reklam verənlər daha zəngin reklam forması təqdim etmək istəyirsə, istədikləri font (şrift), tema və rəngləri seçə biləcəklər. Bundan əlavə videolarda istifadə edəcəyiniz musiqini də öz zövqünüzə uyğun təyin edə biləcəksiniz.


İstifadəçilər "Facebook"un təqdim etdiyi vizual kitabxanadan görüntülər seçərək, öz reklamlarında istifadə edə biləcəklər. Zəif internet şəraitində videolardan reklam düzəltmək asan olacaq. Slideshow-a videonu yüklədikdən sonra, Slideshow-u hazırlamaq üçün 10 ədəd şəkil seçilə bilər. 2G şəbəkəli internetdən istifadə edən şəxslər belə, bu tip reklamları görə biləcəklər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×