
Facebook-da yayılan yeni virus nədir, necə qoruna bilərsiniz?
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebookda ortaya çıxan yeni bir pis məqsədli virus, özünü məsum bir şəkil faylı kimi göstərərək hesabınızdan istifadə edir. Bu virusun qurbanı olmamaq üçün xəbərimizi diqqətlə oxuyun!
Nəhəng
sosial şəbəkə Facebookda kəşf edilən yeni bir virus (malware), bir anda istənməyən
nəticələr yarada bilər. Bəs qurban olmamaq üçün nələrə diqqət etmək lazımdır?
Təhlükəsizlik
tədqiqatçısı Bart Blaze tərəfindən kəşf edilən virus, .SVG fayl sonluqlu bir şəkil faylı olaraq ələ keçirilən Facebook hesabları üzərindən mesaj olaraq sizə
çatdırılır. Digər tərəfdən digər fayl tiplərindən fərqli olaraq, SVG şəkil
fayllarının müasir internet brauzerlərində açılabilən olduğu və içərisində javascript kimi məlumatlar saxlaya bildiyi bilinən bir reallıqdır.
İlk
başda məsum görünən bu şəkil faylına daxil olduğunuzda isə YouTube cildinə
girmiş saxta bir sayta yönləndirilərək qarşınıza çıxan videonu açmaq üçün Google Chrome-a bir kodek plaqini yükləməyiniz istənilir. Əgər aldanıb bu
plaqini qursanız, nəticə çox ürəkağrıdıcı ola bilər. İstifadəçinin ziyarət
etdiyi saytlara bağlı məlumatları dəyişdirmək və yadda saxlamaq üstünlüyünü əldə
edən plaqin, eyni zamanda qurbanının hesabını istifadə edərək Facebookda pis məqsədli
virusun yayılmasına da xidmət edir.

SVG
fayllarının Facebook-un fayl sonluğu filtrini necə keçməyi bacardığı bilinməzkən,
mövzu ilə bağlı olaraq sosial şəbəkənin təhlükəsizlik komandasına boşluqla
bağlı detalların çatdırıldığı ifadə edilir. Əlavə olaraq bu zərərli Chrome
plaqininin də marketdən silindiyi verilən məlumatlar arasındadır.
Yenə də oxşar bir hala qarşı, siz siz olun sosial şəbəkələr üzərindən gələn əmin olmadığınız fayl və ya linklərə daxil olmazdan iki dəfə düşünün.
Linki kopyala
Həftənin xəbərləri

