Facebook-da yayılan yeni virus nədir, necə qoruna bilərsiniz?

Facebook-da yayılan yeni virus nədir, necə qoruna bilərsiniz?

Sosial Media
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Facebookda ortaya çıxan yeni bir pis məqsədli virus, özünü məsum bir şəkil faylı kimi göstərərək hesabınızdan istifadə edir. Bu virusun qurbanı olmamaq üçün xəbərimizi diqqətlə oxuyun!

Nəhəng sosial şəbəkə Facebookda kəşf edilən yeni bir virus (malware), bir anda istənməyən nəticələr yarada bilər. Bəs qurban olmamaq üçün nələrə diqqət etmək lazımdır?

Təhlükəsizlik tədqiqatçısı Bart Blaze tərəfindən kəşf edilən virus, .SVG fayl sonluqlu bir şəkil faylı olaraq ələ keçirilən Facebook hesabları üzərindən mesaj olaraq sizə çatdırılır. Digər tərəfdən digər fayl tiplərindən fərqli olaraq, SVG şəkil fayllarının müasir internet brauzerlərində açılabilən olduğu və içərisində javascript kimi məlumatlar saxlaya bildiyi bilinən bir reallıqdır.


İlk başda məsum görünən bu şəkil faylına daxil olduğunuzda isə YouTube cildinə girmiş saxta bir sayta yönləndirilərək qarşınıza çıxan videonu açmaq üçün Google Chrome-a bir kodek plaqini yükləməyiniz istənilir. Əgər aldanıb bu plaqini qursanız, nəticə çox ürəkağrıdıcı ola bilər. İstifadəçinin ziyarət etdiyi saytlara bağlı məlumatları dəyişdirməkyadda saxlamaq üstünlüyünü əldə edən plaqin, eyni zamanda qurbanının hesabını istifadə edərək Facebookda pis məqsədli virusun yayılmasına da xidmət edir. 


SVG fayllarının Facebook-un fayl sonluğu filtrini necə keçməyi bacardığı bilinməzkən, mövzu ilə bağlı olaraq sosial şəbəkənin təhlükəsizlik komandasına boşluqla bağlı detalların çatdırıldığı ifadə edilir. Əlavə olaraq bu zərərli Chrome plaqininin də marketdən silindiyi verilən məlumatlar arasındadır.

Yenə də oxşar bir hala qarşı, siz siz olun sosial şəbəkələr üzərindən gələn əmin olmadığınız fayl və ya linklərə daxil olmazdan iki dəfə düşünün.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Instagramı internetsiz də istifadə edə biləcəyiniz möhtəşəm funksiya elan edildi..

F8 konfransında çıxış edən Mark Zuckerberg, Instagrama offlayn versiyanın əlavə ediləcəyini elan e..


Facebook, olduqca real kamera effektlərini təqdim etdi

Facebook, bu gün yeni platformasını F8 Konfransında təqdim etdi. Edilən açıqlamalarda Facebook, rea..


Yerli Youtube mədəniyyətini kökündən dəyişəcək kanal - ZehinX

Azərbaycanda mövzu youtube olduqda bir çoxlarımızın düşündüyü, türk serialları,..


Nəyə görə biz "pornoqrafiyanı" daha çox sevirik?

Salam. Əvvəla onu qeyd edim ki, bu məqalə mənim şəxsi subyektiv fikrimi nümayiş etdirir. Təbii ki ..


McDonalds işçilərini Snapchat-dən seçəcək!

Sosial şəbəkələrin həyatımıza tam mənasıyla daxil olması artıq tamamlandı deyilə bilər. Çünk..


6 Aprel 1980-ci il. 20-ci əsrin ən vacib ixtiralarından biri. Söhbət kompüterdən..

6 Aprel 1980-ci il tarixində \"3M” şirkəti, ABŞ-da Post-It Notes kağızlarını satışa çıxard..

×