Facebook-da yayılmış yeni virusdan ehtiyatlı olun!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook-da yayılmış yeni virus bir çoxlarını narahat etməyə başlayıb. Belə ki, bu virus vasitəsilə hackerlər həm sizin şəxsi məlumatlarınızı əldə edir, həm də sizin dostluğunuzdakı şəxslərə viruslu mesajlar göndərə bilirlər.
Belə ki, siz bu virusu e-mail vasitəsilə və
ya bildiriş şəklində ala bilərsiniz. İlk baxışda Facebook yenilənməsinə oxşayan
məktub sizin şəxsi məlumatlarınızı ələ keçirmək üçün qurulmuş tələdir.
Belə ki, şəkildən də göründüyü kimi burda
sizdən e-mail adresiniz və ya telefon nömrəniz, həmçinin şifrə və doğum
tarixiniz haqda məlumatı daxil etməyiniz xahiş olunur. Bununla sizin şəxsi məlumatlarınızın
daha təhlükəsiz hala gətirilməsi haqda məlumat verilir. Siz məlumatı daxil
etdiyiniz halda hesabınız virusla yoluxacaq.
Mümkün qədər bilmədiyiniz mənbədən və ya şübhə
yaradan mesajlardan uzaq durun və öz şəxsi məlumatlarınızı əmin olmadığınız
qaynaqlarda paylaşmayın.Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!