

Fotolar və digər müxtəlif görüntülər stənilən sosial şəbəkənin əsas xüsusiyyətlərindən biridir. Məsələn Facebook kimi sosial şəbəkəni ora gündəlik istifadəçilər tərəfindən yüklənən milyonlarla fotosuz təsəvvür etmək çətindir. Məhz buna görə Facebook-un fiziki cəhətədən əngəlli insanlara da yaxın olması üçün fəaliyyət göstərən mühəndislərdən ibarət qrup var gücü ilə çalışır ki, sözügedən sosial şəbəkədəki istənilən foto görmə əngəlli insanlar üçün də dəstəklənsin. Bu gündən etibarən Facebook-a "avtomatik alternativ mətn” texnologiyası əlavə edilib. Bu texnologiya fotoda təsvir edilmiş hər şeyi səsləndirir.
Süni zəka sahəsində 10 qorxunc inkişaf
Süni zəka görmə əngəlli insana fotonu və onda təsvir olunan hər şeyi avtomatik rejimdə səsləndirməyə çalışır. Məsələn əgər fotoda dəniz sahilində iki nəfər şəxs təsvir olunubsa süni zəka qeyd edəcək ki, fotoda iki şəxs mövcuddur. Bundan əlavə süni zəka onların üzlərindəki emosiyanı belə ifadə etməyə çalışacaq. O həmçinin bildirəcək ki, foto gündüz vaxtı dənizdə çəkilmişdir. Əgər fotoda pizza təsvir olunubsa onda süni zəka qeyd edəcək ki, fotoda qida təsvir olunub və çox güman ki, bu pizzadır. Təbi ki, fotoda qeyd olunan nəyinsə süni zəka tərəfindən uğurlu təsvir etmə faizi hələki idealdan uzaqdır. Lakin mütəxəssislər alqoritmi təkmilləşdirmə üzərində çalışırlar. Texnologiya artıq IOS, Android əməliyyat sistemli smartfonlar və sosial şəbəkəyə web brauzerden daxil olan insanlar üçün dəstəklənir. Obyektləri tanıma xüsusiyyətinə cavab verən neyron şəbəkəsi milyonlarla müxtəlif fotonu müşahidə edərək özü-özünü inkişaf etdirir.
Şərh yoxdur