

Facebook-a əlavə edilmiş yeni funksiya hansısa şəxsin intihar fikrini öyrənib bu barədə xüsusi xidmət orqanına xəbər etməyə imkan verəcək. Əgər siz görsəz ki, kimsə intihar ilə yaxından əlaqəli bir post paylaşıb onda həmin postun yanındakı düyməni klikləyərək Facebook-un xüsusi xidmət bölməsinə bu barədə ismarıc göndərə biləcəksiniz. Bu cür ismarıclar 24 saat yoxlanılır. İntihar ilə yaxından əlaqəsi olan postun müəllifi qısa zaman ərzində Facebook-dan kömək təklifli ismarıc alacaq. Seçim üçün bir neçə variant olacaq. Güvəndiyiniz insana yazmaq, dəstək xidmətinə müraciət etmək, Facebook səhifəsində kömək və məsləhət almaq. Sözügedən funksiya artıq ABŞ istifadəçiləri üçün aktivdir. Müəyyən müddətdən sonra isə digər ölkələrdədə aktiv olacaq. Bundan əlavə Facebook kritik anlarda kömək ola biləcək xüsusi xidmət orqanlarının nömrələrini də paylaşıb.
Şərh yoxdur