Texnologiyanın inkişaf etməsi və sosial şəbəkələrin mövcudluğu münasibətlərin internet üzərindən yaranmasına böyük ölçüdə səbəb olur. Bu platformalardan biri də artıq həyatımızın parçasına çevrilmiş Facebookdur. Facebook üzərindən tanışlıqlar saysız hesabsızdır. Xüsusilə Azərbaycanda bəzi insanlar məhz "qız tutmaq" adı altında bu şəbəkədən istifadə edirlər. Təbii ki, sevgiliniz olduğu zaman isə facebookun vasitəçi olduğu problemlər baş qaldırır." Sevgilim parolunu verərsən?", "kimlə danışırsan?" kimi mənasız suallarla çox qarşılaşılaşırıq. Bəs sevgilinizdən ayrıldığınız zaman nə edirsiz? Bəziləri dostluqdan çıxarır, bəzən elə olur ki, münasibət blokla sonlanır. Facebook bu vəziyyəti nəzərə alaraq yeni bir seçimi münasibəti bitmiş insanlara təqdim edəcək. Söhbət sevgilisindən ayrılmış lakin onun profilini heç cürə görmək istəməyən adamlara şamil olunur. "Take a break" adlanan bu yenilk vasitəsilə siz ayrıldığınız şəxsi bloka atmadan onun profilin görməyəcəksiz və ən önəmlisi qarşı tərəfin bundan xəbəri olmayacaq. Facebook düşünür ki, bu yenilik vasitəsilə ayrılan şəxs daha tez toparlanacaq.
Şərh yoxdur