

Facebook şirkəti smartfonlardakı mikrofon vasitəsilə istifadəçilərin danışıqlarını dinlədiyi ittihamını inkar edib. Sosial şəbəkənin veridyi məlumata əsasən smartfondakı mikrofondan istifadəçiyə müəyyən reklamın təqdim edilmə məqsədilə danışıqları dinləmək ittihamı tamamilə əsassızdır. Facebook bildirib ki, istifadəçinin ana səhifəsində qeyd olunmuş reklam elanları istifadəçinin marağından və onun profilində qeyd olunmuş hansısa məlumatdan asılıdır. Beləcə şirkət Cənubi Florida Universitetinin professoru və kütəlivi kommunikasiyalar üzrə eksperti Kelli Burns-un sosial şəbəkənin istifadəçilərin danışıqlarını dinlədiyi ittihamına reaksiya verib. Keçən həftə Kelli Burns bildirmişdi ki, Facebook aktiv şəkildə istifadəçilərin danışıqlarını smartfonlarda olan mikrofonlar vasitəsilə dinləyir. Lakin bunun müqabilində o ciddi sübut göstərməmişdi. Facebook rəsmiləri isə qeyd ediblər ki, smartfonlar üçün nəzərdə tutulmuş Facebook tətbiqetməsi yalnız audio ilə bağlı funksiyaların yerinə yetirilməsi zamanı smartfonun mikrofonundan istifadə edir. Buna misal olaraq şirkət video çəkilişi və statusun yenilənməsi üçün mahnının adını musiqi vasitəsi ilə təyin edən funksiyanı gətirib. Hər-halda Facebook-un şəffaf işinə şüphələnən istifadəçilər istədikləri zaman Facebook tətbiqetməsində mikrofon funksiyasını deaktiv edə bilərlər.
Şərh yoxdur