main-post-cover

    "Facebook", Fələstinli müxbirlərin hesabını əngəllədi!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    "Facebook", 7 fələstinli müxbirin hesablarını əngəllədi. "Facebook", bunu yanlışlıqla etdiyini bildirsə də, yaranmış mübahisələr bunun heç də belə olmadığını ifadə edir

    "Facebook", keçən həftə iki fərqli qəzet redaktorunun hesabını, bildiriş və ya hər hansı səbəb olmadan əngəlləyib.
    "Facebook", Electronic Intifada-ya verdiyi açıqlamada sözügedən əngəlləmənin təsadüfən olduğunu və 6 hesaba girişin bərpa olunduğunu açıqlayıb. "Facebook"un belə davranışı söz azadlığının əngəllənməsi kimi mübahisələrə səbəb olub.

    "Facebook"un belə davranmaqda məqsədi nədir?

     
    "Facebook"un, Shebab Xəbər Agentliyi, Qüds Xəbərşəbəkəsinə istiqamətləmiş sensorlama siyasəti böyük narazılıq yaratdı. Təbii ki, söhbət fələstinli müxbirlər olunca mübahisələr daha da böyük məna kəsb etməyə başladı. Adı keçən fələstinli müxbirlər qadağanın bir başa "Facebook"un İsraillə anlaşmasının səbəb olduğunu ifadə edir. Bunun isə dünya söz və mətbuat azadlığına böyük bir zərbə olduğu ifadə olunur.
    Xatırladaq ki, İsrail höküməti bir müddət əvvəl Facebook-u "canavar” deyə adlandırmış, şirkətin öz işçilərinə qarşı şiddət ifadə edən yazıları qaldırmadığını, edilən şikayətləri görməzdən gəldiyini iddia etmişdi. Buna cavab olaraq "Facebook" may ilə avqust ayları arasında toplanan 158 qaldırma tələbini nəzərə alacağını açıqlamışdı. "Facebook", Fələstini dəstəkləyən"Yahudilərə ölüm”,”Ərəblərə ölüm” kimi terminlərin saytda yer aldığı təqdirdə qadağa qoyulacağını açıqlamışdı. Shebab Xəbər Agentliyi hesabların bir il içində ümumilikdə dördüncü dəfə əngəlləndiyini bildirib. "Facebook" mövzu ilə əlaqəli hələki, açıqlama verməyib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər