Reklam
“Facebook”, Gələcəyin texnologiyası olacaq “Virtual Reallıq Emosiyaları”nı yaradır

“Facebook”, Gələcəyin texnologiyası olacaq “Virtual Reallıq Emosiyaları”nı yaradır

Texnologiya
08.05.2017 PAYLAŞIM
TECHNOTE @technote TECHNOTE logo icon

Yumruğunuzu havada sallayın və VR avatarınız əsəbi xarakter alsın. Əllərinizi üzünüzə aparın və VR avatarınız təəccüblənsin. Əllərinizi qalibanə bir tərzdə havaya qaldırın və sizin avatarınız "sevinc”li hal alsın.



Facebook-un "VR emosiyaları” adı verdiyi bu yenilik, tamamilə sizin mimikalarınıza əsaslanan emosiyalar yaratmaqdır. Biz o balaca, şirin, sarı və dairəvi emosiyalardan danışmırıq. Bu avatarları sizin gözləriniz, kirpikləriniz, ağzınız və digər üz cizgilərinizin dəyişiklikləri, bədən diliniz idarə edir. Bu bir növ virtual aləmdə sizi əks etdirmək kimidir.

 

"Facebook”un Sosial VR departamentinin rəhbəri Maykl But bu yeniliyi təsvir edərkən deyir ki, "Əgər siz mesajlaşma zamanı, hisslərinizi tamamlayacaq emosiya axtarırsınızsa artıq bu sizin köməyinizə gələcək. Sadəcə hisslərinizi biruzə verin”.


Eyni zamanda da rəqəmsal dünyadakı halınızın (avatarınızın) reallığı üzərinə də işlər ortaya qoyan Facebook, bu vasitə ilə sizi rəqəmsal dünyada ola biləcəyiniz ən real halda var etməyə çalışır. Facebook təcrübəsini, içində olacağınız virtual bir dünyada yaşaya bilməyiniz və hətta bu dünyanın içində həqiqi selfilər çəkə bilməyiniz üçün yeni işlər üstündədir.

Facebook-un qurucusu Mark Zükerberq dünən bu xüsusiyyətlərin bəzilərini ilk dəfə təqdim etdi. Ancaq bəzi problemlər hələ də mövcuddur. Xüsusilə üz mimikalarınız və bədən dilinizi anlamağa, onları virtual dünyaya əks etməyə yarayan texnologiyalar fərqli firmalar tərəfindən hazırlanır və günümüzə istifadədə olan virtual reallıq eynəklərində hələki işləmir. Bu da Facebook-un yeni texnologiyasını istifadəyə vermək üçün virtual reallıq dəstlərində bu xüsusiyyətlərin standartlaşmasını gözləməsini ya da bu xüsusiyyətlərlə təchiz edilmiş öz şəxsi virtual reallıq eynəyi ilə bazarda bir yer əldə etməsini vacib edir

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


İnsan beynini "hack" etməyə çalışan 11 texnologiya

Gələcəkdə biz öz yaddaşlarımıza Facebook-un ana səhifəsindəki kimi baxa və öz düşüncələrimi..


Elon Musk: "Günlərin birində "Tesla", "Apple"dan daha b..

\"Tesla” şirkətinin CEO-su Elon musk, sözügedən şirkət barəsində maraqlı proqnoz verib. ..


Huawei Honor 9-un ilk render fotoları sızdırıldı

\"Huawei” şirkətinə məxsus olan Honor brendi yeni flaqman olacaq Honor 9 üzərində çalışır. ..


Fashion Tech. Yeni sənayenin yaranması və ya köhnənin transformasiyası?

Moda sənayesinin irəli getməsi üçün bir sıra sənayelərin birləşməsi lazımdır. Kimsə bir ye..


Orta texniki göstəricilərə sahib dünyanın ən balaca 4G smartfonu Jelly

Böyük smartfonlardan və batareya həcminin böyüməsinə baxmayaraq çalışma vaxtının azaldığı sma..


Saniyədə 5 trilyon kadr sürətlə çəkiliş edən kamera yaradılıb (VİDEO)..

İsveçli fiziklər, saniyədə 5 trilyon kadr sürətində video çəkməyə nail olublar. İxtira olunm..

×