main-post-cover

    Facebook hesabını birdəfəlik necə silə bilərsiniz?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Bu yazıda Facebook hesabınızı birdəfəlik silmək qaydasını sizlərə təqdim edirik. Facebook hesabını tamamilə bağlamaq istəyənlər hesablarını dondurmaq yerinə onu silməlidirlər. Amma bunu etməzdən əvvəl bilməli olduğunuz bəzi vacib məqamlar da var.
    -Facebook hesabınızda qruplar və ya səhifələr varsa və onun tək admini sizsinizsə, hesabınızı sildikdə hesabla birlikdə səhifə və qruplarınız da silinəcək. Səhifənin silinməməsi üçün ikinci bir adminin olması vacibdir.
    -Silinən hesab bir daha yenidən açılmır. Ona görə də hesabınızı silmədən iki dəfə fikirləşin.
    Facebook səhifənizi tamamilə bağlamaq qərarı vermisinizsə, hesabınızdakı tətbiqləri də silməlisiniz. Bunun üçün bağlantıdan Facebook Tətbiq Tənzimləmələrini açmağınız tələb olunur. Daha sonra burda yer alan bütün tətbiqlərin yanında yer alan "x” işarəsinə kilkləyirik.
     
    Bunu etmədiyiniz təqdirdə hesabınız bağlanmır. Çünki Facebook, hesabları sildikdən sonra 2 həftə boyunca heç bir dəyişikliyin olmamasını tələb edir.
    Tətbiqi sildikdən sonra aşağıya gedərək "Hesabımı sil” seçiminə klik edirsiniz.
     
    Sonra isə açılan pəncərədə Facebook şifrənizi və şəkildəki təhlükəsizlik kodunu yazmalısınız.
     
    Facebook səhifənizi sildikdən sonra 2 həftə boyunca hesabınıza daxil olmamalısınız. Əks təqdirdə silmə prosesi uğursuz olacaq.
     Hesabınızı silmək üçün bura daxil olun.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər