“Facebook” idarə heyəti üzvü Peter Thiel-dən maraqlı açıqlama: “Apple-ın Dövrü Bitdi”

08.05.2017 0 PAYLAŞIM 5352 OXUNMA
TECHNOTE @technote TECHNOTE logo icon

"The New York Times”-ın, "Facebook” idarə heyəti üzvü Peter Thiel ilə bir müsahibəsi oldu. Müsahibədə Thiel olduqca səs salacaq idialar səsləndirib.

"The New York Times”dan olan Maureen Dowd-un "Facebook” idarə heyəti üzvü Peter Theil ilə baş tutan müsahibəsində Thiel, Trump-ı dəstəkləməsindən sonra onu "Facebook” idarə heyətindən çıxarmaq üçün edilən cəhdlərin hər birinin çılğınlıq olduğunu söylədi. Thiel bu vaxta qədər vəzifəsində ən uzun müddət qalan ikinci idarə heyəti üzvüdür. Thiel "Paypal” da bir vaxtlar birlikdə işlədiyi Elon Muskın Trumpa oxşayıb-oxşamaması haqqında bir suala belə bir cavab verdi:

"Başım bəlaya girəcək bilirəm, ancaq həqiqətən onlar bir-birlərinə oxşayırlar ikisi də şahmat ustası səviyyəsində satıcı və əfsanəvi şəxsiyətlərdirlər.”

Müsahibədə "Qəbul et ya da Yox say” başlıqlı sual-cavab hissəsində, Thiel ona ünvanlandırılan "Apple-ın dövrü bitdi mi?” sualına belə cavab verib:

"Bir ağıllı telefonun nəyə oxşadığını və nələrə malik olduğunu bilirik. Bu "Tim Cook”un günahı deyil lakin, smartfon istehsalı daha çox innovasiyanın olacağı bir sahə də deyil”.