
“Facebook” indi də “Google”dan oğurladı, xəbər lentinə yerləşdirdi
Sosial Media
07.05.2017
Farid Pardashunas
Google-un Doodle-ları, bu nəhəng axtarış şəbəkəsinin bayramları və ya xüsusi günləri qeyd etmək üçün sadə lakin effektiv yoludur.
İndi isə Facebook, öz eyni adlı platformasında
Xəbər Lentinə bayramlar və tədbirlər haqqında mesajlar/kartlar yerləşdirəcəyini
bildirib .
Mesajlar sizin xəbər lentinizin ən üst hissəsində görünəcək
və Google Doodle-lar kimi müəyyən bayram və ya tədbir kimi xüsusi günləri əhatə
edəcək. Məsələn artıq bir çoxunuzun rast gəldiyi bir nümunə ilə yeniliyi izah
edək: Yeni İl Kartları. Facebook,
yeni il yaxınlaşarkən xüsusi bayram kartlarını istifadəyə verdi. Beləki, xəbər
lentinizin ən üstündə yer alan Bayram Kartlarınızdan istədiyiniz birini seçib, dostlarınız və ailəniz ilə paylaşa bilərsiniz.

Facebook-un
bildirdiyinə görə artıq insanlar 18 müxtəlif bayrama aid kartları öz xəbər
lentlərində görə biləcəklər. Facebook,
bir çox insanın səhər yuxudan oyandıqdan sonra daxil olduqları ilk tətbiq və saytlardan
biridir. Bu kiçik lakin şirin toxunuş ilə Facebook, insanlara daha da
yaxınlaşmağa, bayramları onlar ilə birlikdə qeyd etməyə başlayır.
Qeyd:Facebook "Doodle”larını istədiyiniz zaman yuxarı küncdən bağlamaq mümkündür.
Linki kopyala
Həftənin xəbərləri

