Facebook istifadəçiləri, istədikləri kateqoriyadan reklamları söndürə biləcəklər
Digər
07.05.2017
Farid Pardashunas
Facebook, istifadəçilərə ən yaxşı reklam təcrübəsini təqdim etmək üçün vacib bir addım atır.
Facebookun reklam mövzularına nə qədər üstünlük verdiyini hər birimiz bilirik. Sistemini daima bu mövzu üzərinə
hazırlayan Facebook, istifadəçilərinə narahat olduqları reklamları söndürməklərinə
yarayan yeni bir xüsusiyyət də təklif etməyə hazırlaşır.
Hal-hazırda Facebook istifadəçiləri öz reklam seçimlərini dəyişdirərək hansı sektordan,
hansı mövzularda reklam almaq istədiyini seçə bilirlər. Lakin bu vəziyyət,
istifadəçiləri narahat edən məzmunlarda reklamlardan çox da uzaq tuta bilmir.
Facebookun yeni məqsədi, bu vəziyyəti ortadan qaldırmaqdır. Son olaraq Avqust
ayında reklamlar barədə bir yenilik edən Facebook, bundan sonra istifadəçilərin
reklamlara olan reaksiyalarını araşdırdığında, insanların bu reklamlar can
sıxıcı gördüklərini anlayıb. Hətta bu reklamlar bəzən can sıxıcı olmaqdan çıxaraq, "Yaralayıcı" da ola bilirlər. Facebook bu problemin həllini, insanların istədiyi reklam
kateqoriyasını söndürə bilmələrində görüb.
Bu
mövzuda bir nümunə təqdim edən Facebook rəhbərliyindən Mark Rabkin, "misal üçün
uşaqlarını yeni itirmiş bir ailənin Facebookda valideyn mövzulu, ya da uşaq məhsullarını
paylaşan reklam görməsi olduqca yaralayıcı ola bilər. Yeni sistem ilə bunun
qarşısını almaq istəyirik.” açıqlamasını edib.
Facebook,
reklam kateqoriyalarının söndürülməsi xüsusiyyətini hazlrda alkoqollu içki
brendləri və satış mövzularında olan reklamlar üçün aktiv edib. Lakin qısa müddət
sonra digər reklam kateqoriyaları da işin içinə daxil olacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
Telegram-ın yaradıcısı Pavel Durov geniş müsahibə verib (VİDEO)