main-post-cover

    Facebook istifadəçilərin danışıqlarını dinləyir?

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Cənubi Florida Universitetinin professoru və kütləvi kommunikasiyalar üzrə ekspert Kelli Burns apardığı təcrübə əsasında sübut edib ki, məşhur sosial şəbəkə olan Facebook istifadəçilərin danışıqlarını dinləyir. Burns-un sözlərinə görə bunun üçün Facebook tətbiqetməsi üzərindən smartfonun mikrofonundan istifadə olunur. Burns Facebook tətbiqetməsinin aktiv olduğu halda müxtəlif mövzularda söhbət edib. Bir qədər sonra isə tətbiqetmə həmin mövzulara yaxın olan reklamları əks etdirib. Ətraf mühitdə baş verən hadisələrə əsasən məlumatların yığılması funksiyası tətbiqetməyə 2014-cü ildə əlavə olunmuşdur. Onda Facebook qeyd etmişdi ki, bu funksiya istifadəçinin maraqlarına uyğun paylaşımların edilmsəində onlara köməklik edəcək. Lakin Burns sübut edib ki, Facebook, istifadəçilərin danışıqlarını kommersiya məqsədlərinə görə dinləyir. Şirkətdə isə bildiriblər ki, onlar məlumatların sonradan müvafiq orqan və reklam təşkilatlarına ötürmək niyyəti ilə danışıqları mikrofon vasitəsilə dinləmirlər. Həmçinin qeyd edilir ki, danışıqlar heç bir halda yazılmır. Bundan əlavə olaraq həmin funksiyanı tətbiqetmədə deaktiv etmək mümkündür. Həmdə bu funksiya hələki bütün ölkələr üçün aktiv deyil. 
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər