main-post-cover

    Facebook jurnalistləri öz gizli laboratoriyasına dəvət edib

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook şirkəti KİV nümayəndələrini öz laboratoriyası olan Area 404 adlı gizli əraziyə dəvət edib.

    Burada mühəndislər gələcəyin texnologiyalarını yaratmaqla məşğuldurlar. Məhz burada şirkət günəş batareyaları ilə çalışan pilotsuz uçuş aparatlarının, VR cihazların, internetin lazerlər vasitəsilə çatdırılması, yeni nəsil serverlər və s. üzrə sınaqlar keçirdir. 2.000 kvadrat metr sahəni əhatə edən Area 404 (brauzerdə hər-hansısa sorğunun axtarışı zamanı tapılmayan veb səhifə xətası şərəfinə adlandırılmışdır - 404 Error) ərazisi Facebook-un Kaliforniyadakı mərkəzi ofisində yerləşir. Tecnote.az-ın "TechCrunch” mənbəsinə istinadən verdiyi xəbərə əsasən sözügedən ərazidə həyata keçirilən bir çox layihələr sirli olaraq saxlanılır. Hətda onlar o dərəcədə sirli layihələrdir ki, onların tərtib olunduğu yerlərə şirkətin CEO-u Mark Zuckerberg-i belə buraxmırlar.
    Laboratoriyada müxtəlif növ texnikaya rast gəlmək olar. Məsələn hər hansı bir texnologiyada ən xırda detalları aşkar etmək üçün 10.000 dəfə yaxınlaşdıran mikroskopu, 3D printerləri, kompüterlə rəqəmli idarəetmə dəzgahlarını, MRT (Maqnit Rezonans Tomoqrafiyası) skanerlərini və digər ağır texnikanı gətirmək olar. Area 404-ün bir hissəsi elektrotexnika ilə təcrübələr üçün, bir hissəsi isə gələcək texnologiyaların tez bir zamanda prototip versiyalarını əldə edilməsinə yönəlmiş müxtəlif materialların (dəmir, taxta, daş, şüşə) emal edilməsi üçün nəzərdə tutulub. Məsələn bağlı ərazi daxilində 10 km radiusa internet şəbəkəsi paylayan OpenCellular cihazının çipi, Aquila internet dronun hissələri, binaların sıx yerləşdiyi şəhərlərdə Wi-Fi siqnalını rahatlıqla çatdıran Terragraph sisteminin antenləri yaradılmışdır. Bundan əlavə olaraq yaxın gələcəkdə həmin ərazidə Oculus Rift-in yeni nəsil VR cihazlarının və Surround 360 kameralarının sınaqları keçiriləcək.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər