main-post-cover

    Facebook Live üçün yeni funksiyalar

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook öz servisi olan Facebook Live üçün yeni funksiyaları təqdim edib. Məlumatlar şirkətin rəsmi bloqunda qeyd olunub. Beləliklə istifadəçilər qrup yayım, video ilə bağlı reaksiyaların tez bir zamanda bildirilməsi, canlı yayıma baxmaq üçün dostların dəvət olunması, yayıma hansı ölkələrdən baxılmasını xəritədən izləmək kimi funksiyalardan yararlana bilərlər. Xarici mətbuatların fikrincə bu baxımdan Facebook digər video yayım servisi olan Periscope ilə rəqabət apara bilər. Daha bir əsas yenilik isə canlı yayımı müəyyən qrup və ya insanlar daxilində keçirtməkdir. Bu funksiya həm şəxsi həmdə professional sahədə istifadə oluna bilər (məsələn online təhsil ilə məşqul olan insanlar üçün). Bundan əlavə olaraq canlı yayım üçün yeni stikerlər və filtrlər əlavə olunub. 
    Periscope-da olduğu kimi artıq Facebook Live servisindədə canlı yayım ilə bağlı fikirləri bildirmək mümkün olacaq. Canlı yayımı gerçəkləşdirən şəxs digər insanların reaksiyalarını real vaxtda müşahidə edə biləcək. Facebook-un canlı yayım xəritəsində isə funksiyanın aktiv olduğu 60 ölkədən hansından yayıma qoşulanları izləmək olacaq. Əgər istifadəçi yayıma baxa-baxa öz dostunu da həmin yayıma baxmaq üçün dəvət etmək istəsə o "dəvətnamə” düyməsindən istfadə edə biləcək. Bütün bu yeni funksiyalar 1 həftə ərzində Facebook Live istifadəçiləri üçün aktiv olacaq. 

    Linki kopyala