

"Facebook" sosial şəbəkəsi 2004-cü ildə istifadəyə verildi. Amma biz haqqında hər şeyi bilirikmi?
2004-cü ildə Andrew McCollum "Facebook"-un ilk loqosunu qrup yoldaşı Mark Zuckerberg üçün dizayn etmişdi. Ancaq çox adam bilmirdi ki, loqoda təsvir olunan üz kimin üzüdür və ya həmin adam real insandırmı?
Həqiqətən də həmin loqodakı təsvir real insanın təsviri idi.
Bu üz məşhur Al Pacinonun üzü idi.
"Zuckerbergin dostu və qrup yoldaşı Andrew McCollum Al Pacinonun rəsmindən istifadə edərək rəqəmsal medyanın elementar komponentləri olan 1-lər və 0-lardan ibarət logo yaratdılar." deyə David Kirkpatrick The Facebook Effect adlı kitabında yazırdı.
The Facebook Effect sadəcə bir kitab deyil. Bu "Facebook"un qurucusu Mark Zuckerberg və sosial şəbəkənin yaradılması haqqında yazılan bir əsərdir. Kitabda "Facebook" sosial şəbəkəsinin özü ilə gətirdiyi bütün məqamlara yer verilib-bunlar isə öz növbəsində faydalı və faydasız olaraq səciyyələnib.
Şərh yoxdur