main-post-cover

    "Facebook Messenger"-də reklam yerləşdirmə dövrü başlayır

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Messenger-də reklam yerləşdirmə dövrü başlayır.

    "Facebook”un məşhur mesajlaşma tətbiqi "Messenger", bir müddət sonra tətbiq daxilində reklam yerləşdirmə prosessinə başlayacaq.

    Bəs reklamlar Facebook Messenger–da necə görünəcək?

    "Facebook”un "Messenger" tətbiqi, aylıq 1 milyarddan daha çox istifadəçisi ilə olduqca böyük bir kütləyə xitab edir. Bu vəziyyəti dəyərləndirmək istəyən "Facebook”, tətbiqin üzərində bəzi dəyişikliklər etməyə hazırlaşır. "Messenger Blog"da paylaşılan məqalədə "Facebook” məhsul idarəçisi Edde Zhang, Messenger-də reklam yerləşdirmənin necə bir uğur qazanacağını görmək üçün, Avstraliya və Tayland-da kiçik bir test müddəti başlatdıqlarını açıqladı.
    Test müddəti əhatəsində Avstraliya və Tayland-da yaşayan istifadəçilər, qarşıdakı həftədən "Messenger" tətbiqinə daxil olduqda müəyyən aralıqlar ilə reklamlarla qarşılaşacaqlar. "Messenger" tətbiqinin ana ekranında, "sponsor" məzmunları başlığı altında görünəcək olan reklamlara klik etdiyinizdə, əyər reklamı yerləşdirən ilə birbaşa əlaqə qurmaq imkanı verilirsə, "Messenger"də qalmağa davam edəcəksiniz. Yuxarıda vurğuladığımız kimi "Messenger"in reklam yerləşdirmə tətbiqi hələlik test mərhələsindədir. Facebook, test müddəti boyunca istifadəçilərdən gələn reaksiyalara və ya təkliflərə uyğun olaraq dəyişikliklər edə bilər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər