main-post-cover

    Facebook Messenger-dən möhtəşəm yenilik!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    "Facebook”un son vaxtlarda təqdim etdiyi yeniliklərin ardı arxası kəsilmir. Yeni xüsusiyyət iOSAndroid üçün eyni vaxtda təqdim edilərkən Facebook Messenger-də video paylaşmaq kimi bir yeniliyə imza atır.
    Mesajlaşma tətbiqləri arasında böyük istifadəçi kütləsinə sahib olan Facebookun Messenger tətbiqi, rəqibləri ilə arasındakı fərqləri azaltmaq üçün düyməyə basdı. Facebook Instagram tətbiqlərində edilən dəyişikliklərdən sonra indi də Messenger üçün canlı video paylaşım dəstəyini istifadəçilərə təqdim edir. Bir çox sosial media platformasında canlı video paylaşım dəstəyi olmasına baxmayaraq Messengerdə bu funksiyanın olmaması diqqət çəkici idi.
    Bir neçə gün əvvəl Instagram üçün təqdim edilən yaxınlaşdırma profil şəkillərini görmək xüsusiyyətlərindən sonra "Facebook”, Messenger üçün video xüsusiyyətini təqdim etdi. Ancaq iki funksiyanın da diqqət çəkən ortaq tərəfi, son istifadəçi geri bildirişlərində əksik görülən xüsusiyyətlərin yer alması oldu.
    Instagramın zoom funksiyasından sonra, Messenger üçün video dəstəyi də "Nəhayət ki!” reaksiyasının verilməsinə səbəb oldu!
    Facebook, xüsusilə haqqında söhbət etdiyiniz hər hansı bir şeyi canlı video paylaşımı xüsusiyyəti ilə göstərməyinizi mümkün edir. Hətta "Facebook" yeni funksiyanı bir ayaqqabı alış-verişi vaxtında qarşınızdakından fikir almaq nümunəsi üzərindən təqdim etdi.
    Hər iki tərəfin də Facebook Messengerin son versiyasına sahib olması halında xidmətdən istifadə mümkündür.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər