main-post-cover

    Facebook Messenger-ə gözlənilən funksiya gəlir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Artıq yeni funksiya Fransada kütləvi şəkildə test edilir. Tezliklə bütün dünya istifadəçiləri Facebook Messenger-də öz-özünə silinən mesajlar göndərə biləcəklər. Hələlik cəmi 1 saat ərzində görünən və sonra silinən mesajlar üzərində test aparılır.
    Eyni funksiya Facebook-un 2013-cü ildə almaq istədiyi SnapChat proqramında çoxdan mövcüddur. İstifadəçi bu proqramda göndərdiyi mesajın nə qədər vaxt görünməsini təyin edə bilər.
    Facebook Messenger-ə gözlənilən funksiya gəlir
     
    Facebook Messenger-ə gözlənilən funksiya gəlir
     
    Bu yaxınlarda Fransız istifadəçilər Messengerdə yeni qum saatı işarəsinin peyda olduğunu bildirmişdilər. Məhz o düyməyə sıxdıqda "öz-özünə silinən mesaj rejimi" aktiv olur. Təkrar klik ilə isə sizbu rejimi söndürə bilərsiniz. Tezliklə bu funksiyanın bütün dünyada aktiv olacağı gözlənilir

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər