main-post-cover

    Facebook Messenger-ə iki əla yenilənmə gəlir!

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Messenger tətbiqinə interfeys və köməkçi yenilənməsi gəlir. Yazı sahəsinə istiqamətlənərək hazırlanan interfeys yenilənməsi ilə birlikdə daha çox şəxsiləşdirilə bilinən bir köməkçi bu yenilənmədə beta istifadəçilərə təqdim edildi.

    Mobil platformanın ən çox endirilən tətbiqlərindən biri olan Facebook Messenger, Google Play-da 1 milyarddan çox yüklənilməyə çataraq ən çox yüklənilən tətbiqlərin içində birinci yeri tutur. Facebook, bu tətbiqə yeni xüsusiyyətlər əlavə edəcək. Bunun üçündə beta versiyaya yeni əlavələr etdi. "M” şəxsi köməkçisini bu tətbiqə əlavə etməyi düşünən Facebook, şəxsi köməkçinin inteqrasiyasını və dizaynını beta testində yoxlamağa başladı.
    Facebook, aqressiv siyasətinə sürətini azaltmadan davam edir. Əlində mövcud olan bütün tətbiqlərlə digər tətbiqləri yox etməyə çalışan Facebook, Snapchatdan Twitter-ə qədər, pul verib ala bilmədiyi hər sosial media tətbiqinə qarşı öz tərkibində bir xüsusiyyət hazırlayır. Snapchatın xüsusiyyətlərinin Instagram və Whatsapp-a əlavə edilməsini ən sadə nümunə kimi göstərə bilərik. Bu siyasətinin yaxşı və pis şərhlər almasından fərqi olmayaraq digər rəqib tətbiqlərə zərər verdiyi dəqiqdir.
    Facebook, Messenger-in dizaynını da başdan-sona yeniləyir. Daha əvvəl media (şəkil,video,stiker və s.) bölməsi iki sıra halında idi. Yenilənməyə görə bu sistem tək sıraya toplanıb. Beləliklə yazı sahəsi üçün çox daha geniş bir bölmə qalır və xüsusilə kiçik ekranlı telefonlarda yaşanan pis görüntülər ortadan qalxır. Əvvəlki sistemdə, kiçik mətin bölməsinə daxil olduğunuzda yazınızı yaza bilirdiniz. Yeni sistemdə yazışmaların olduğu bölmənin hər hansı bir yerinə basaraq mesajınızı yaza bilərsiniz.
     
    Facebook Messenger-in geniş bir dəyişiklik etdiyini demişdik. Ən sağda yer alan 3 nöqtədə də yenilənmə edildi. Daha əvvəlcədən Məkan, Xatırlatma əlavə et kimi yazıların yer aldığı açılan pəncərə ikonları halında göstəriləcək. Bununlada daha kiçik bir açılan pəncərə qarşımıza çıxacaq.

    Yenilənmə ilə GIF, stiker və emosiyalar da müəyyən bir yerə alındı. Bundan sonra istədiyiniz məzmunlara çox daha sürətlə çata biləcəksiniz.

    M adlı köməkçi, inteqrasiya testlərinə də başladı. Bu köməkçinin2015-ci ilin avqust ayında elan edilən M köməkçisi olmadığını bildirək. Yeni köməkçi daha şəxsi bir köməkçi olacaq. M köməkçisi normalda Ad gününüz mübarək, Sabahınız xeyir kimi mesajları tərkibində tutan bir köməkçidir. Hazırda betada olması səbəbindən qarşımıza necə bir köməkçinin çıxacağını bilməsək də yaxın bir zamanda bu mövzuyla bağlı yeni məlumatların gələcəyini düşünürük.

    M köməkçisi və İstifadəçi interfeysində edilən dəyişikliklərin xaricində tətbiqin yenilənmələri üçün istifadəçilərin bildirişləri yoxlama xüsusiyyəti də mövcuddur. Yəni, daimi yenilənmə xatırlatması edərək bizi narahat edən bir tətbiq olmaqdan çıxmağı hədəfləyir.
    Hələki yenilənmələrin bunlar olduğunu deyə bilərik. Kifayət qədər iddialı yenilənmələrlə gələn Facebook Messenger, test mərhələsini bitirdikdən sonra bütün istifadəçilər üçün də bu yenilənmələri təklif edəcək.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər