Facebook Messenger ilə mesajlaşdığınız adamla oyun oynaya bilərsiniz
Sosial Media
07.05.2017
Orkhan Karimov
Facebook işçiləri tərəfindən sızdırılan bilgilərə görə nəhəng sosial şəbəkə Facebook, Messengeri real mənada oyunlarla doldurmağı məqsəd edib. Bəs Facebook bunu necə edəcək?
Facebookun söhbət tətbiqi olan Facebook Messenger, tez-tez yenilənərək yeni xüsusiyyətlər qazanmağa davam edir.
Şirkət içərisindən gələn sızıntılara görə Messenger yaxın bir gələcəkdə oyun cənnəti ola bilər! HTML5-ə bu barədə güvənən Facebook, tətbiq içindəki gizli kiçik oyunların əksinə daha böyük oyunları Messenger-ə daxil etməyi məqsəd götürüb.
Qarşınızdakı şəxs ilə canlı olaraq oynana biləcək oyunlarla Messengerin istifadəsini daha da artırmağı hədəfləyən Facebook, istədiyini alacaq kimi görünür.
Əlavə olaraq bu sızıntını dəstəkləyən bir oyun da mövcuddur. Candy Crush-ın yaradıcısı olan King.com tərəfindən yaradılan və Messenger-dən oynanıla bilən ilk böyük oyun Shuffle Cats adını daşıyır.
Facebook-un hələki bir qrup istifadəçiyə təqdim etdiyi Messenger oyunlarının qısa zaman içərisində olduqca məşhur olacağını düşünürük.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Galaxy C seriyası geri qayıtdı: Samsung Galaxy C55 5G smartfonu təqdim edilib - QİYMƏTİ