main-post-cover

    Facebook Messenger-in bilmədiyiniz 10 mükəmməl xüsusiyyəti

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook Messenger-də sadə mesajlaşmadan başqa edə biləcəyiniz fərqli əməliyyatlar haqqında məlumatınız varmı? Bu məqalədə facebook messenger-də bəlkə də sizə hələ də məlum olmayan 10 xüsusiyyət haqqında danışacağıq.

    Dünyanın ən çox istifadə edilən sosial şəbəkəsi olan facebook daxilində mesajlaşma üçün mövcud olan messenger tətbiqi artıq müstəqil şəkildə öz fəaliyyətini davam etdirən bir tətbiqə çevrilib. Mesajlaşmadan əlavə istifadəçilərinə bir çox üstünlüklər və funksionallıqlar verən bu tətbiqdə sizin də xəbərinizin olmadığı bəzi vacib və əyləncəli detallar var ki, bu da mesajlaşmanı asanlaşdırıb daha da rahat hala salır.

    1. Facebook olmadan Messenger istifadə edə bilərsiniz.

    Son zamanlar müəyyən bir istifadəçi kütləsi facebook-dan sırf mesajlaşma üçün istifadə edir. Bəzi insanlar isə buna görə facebook hesablarını bağlayır. Məhz bu nüansları nəzərə alaraq Facebook, itirdiyi kütləni də əlində saxlaması üçün Messenger-də ayrıca qeydiyyat imkanı yaradıb. Belə ki, sizin facebook hesabınız olmadığı halda da Messenger-dən qeydiyyatdan keçib istifadə edə bilərsiniz.

    2. Messenger-də SMS dövrü.

    Doğrudur, artıq internet üzərindən mesajlaşma dövrü başlayandan SMS bazarı ölüb deyə bilərik. Lakin hələ də biz SMS vasitəsilə bir sıra vacib təsdiq kodları, bankdan gələn mesajlar və kompaniyalar haqqında məlumatlar əldə edirik. Belə olan bir vəziyyətdə isə əlavə SMS tətbiqinə ehtiyyac yoxdur. Messenger-ə gələn son yenilik artıq sizin SMS-lərin bu tətbiqə gəlməsinə və sizin mesajı sürətli cavablamağınıza şərait yaradır.

    3. Danışdığınız adama Qısa Ad verin.

    Bunun üçün android əməliyyat sistemində olan messengerlərdə "i" düyməsinə iOS-da isə şəxsin adına daxil olaraq Nickname-i redaktə etməyiniz lazımdır.

    4. Yazışmanın rəngini dəyişin.

    Bunu üçün yenə android əməliyyat sistemində olan messenger-də "i" düyməsinə iOS-da isə şəxsin adına daxil olaraq açılan menyuda "rəng" tənzimləmələrini seçib, istədiyiniz rəngi tətbiq edə bilərsiniz.

    5. Messenger-də gizlədilmiş oyunları oynayın.

    Qarşı tərəflə danışmaq üçün bir şey tapa bilməyəndə Messenger-də gizlədilmiş oyunlardan istifadə edə bilərsiniz. Qarşılıqlı rekordlar qıraraaq söhbətinizi daha maraqlı bir səviyyəyə gətirmək mümkündür. Məsələn: Messengerdə olan basketbol topu emojisini söhbətə daxil edib ona toxunduqda qarşı tərəflə basketbol oynayıb yarışa bilərsiniz. Yaxud çata "@fbchess play" yazıb dostunuzla şahmat oynaya bilərsiniz.

    6. Konfrans görüşləri həyata keçirin.

    Messenger-də bir qrup yaradıb, zəng et düyməsinə basaraq çox rahat bir şəkildə qrup danışıqları həyata keçirə bilərsiniz.

    7. Yerləşdiyiniz ərazini qarşı tərəflə paylaşın.

    Danışıq əsnasında ekrana çıxan 3 nöqtəyə toxunub açılan menyudan "location" seçərək qarşı tərəflə yerləşdiyiniz ərazini paylaşa bilərsiniz.

    8. Dropbox ilə faylları bölüşün.

    Əgər Messenger üzərindən danışdığınız bir nəfərə həcmi böyük olan fayl göndərmək istəyirsinizsə DropBox vasitəsilə bunu Messenger-də rahatlıqla edə bilərsiniz.

    9. Dinlədiyiniz musiqiləri paylaşın.

    Əgər Spotify istifadə edirsinizsə, yenə Messengerdə söhbət əsnasında ekranda olan 3 nöqtəyə toxunaraq açılan pəncərədə Spotify tətbiqini seçib istədiyiniz musiqini bölüşə bilərsiniz.

    10. Komputerinizdə sadəcə messenger istifadə edin.

    Əgər facebook-dan sadəcə mesajlaşmaq üçün istifadə edirsinizsə kompüter vasitəsilə www.messenger.com-a daxil olmaqla yalnız messengerdən istifadə edə bilərsiniz.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər