main-post-cover

    Facebook Messenger-in istifadəçi bazası 1 milyarda çatıb

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook Messenger-in aylıq auditoriyası 1 milyard istifadəçiyə çatıb. Beləliklə şirkət bildirib ki, Messenger sadəcə Facebook-un öz tətbiqindən geri qalaraq IOS platformasında ən çox tələb olunan tətbiqdir. Android platformasında isə Messenger milyard dəfə yüklənilib. Bu ilin yanvar ayında Messenger-dən 800 milyon insan istifadə edirdi. Aprel ayında isə bu göstərici 900 milyon oldu. Şirkətin öz statistikalarına əsasən Messenger üçün artıq 18.000 bot hazırlanıb. Onun istifadəçiləri gün ərzində 22 milyondan çox GIF formatlı fayllar, ay ərzində isə 17 milyard foto və milyard ismarıc göndərirlər. Qeyd edək ki, bu ilin fevral ayında Facebook-un digər messengeri WhatsApp milyard göstəriciyə nail olmuşdur. "WhatsApp-dan hal-hazırda 1 milyard insan istifadə edir. 1 milyard insanı bir araya yığan bir neçə servis mövcuddur” – deyə Mark Zuckerberg onda bildirmişdir. Facebook-un öz istifadəçi bazası isə keçən ilin noyabr ayında 1.5 milyard insanı keçmişdir. Şirkət Messenger-i inkişaf etdirərək ona yeni funksiyaları əlavə etməkdə davam edir. Bu yaxınlarda Messenger-ə gizli çatlar funksiyası əlavə olundu.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər