Facebook Messenger-lə Avropada online ödəniş etmək mümkün olacaq
Elm & Texnologiya
07.05.2017
Farid Pardashunas
Sosial media xidməti Facebook, mesajlaşma tətbiqi olan Messenger üzərindən ediləcək ödəmələr üçün Avropada lisenziya aldı. Bununla da Facebook Messenger tətbiqi, Avropada da istifadəçilərin eyni zamanda təhlükəsiz ödəmə edə biləcəyi platforma rolunu oynamağa başlayır.
Facebook-un İrlandiyadakı Mərkəzi Bankdan
aldığı lisenziya, sosial media xidmətinin mesajlaşma tətbiqi içində yardım
kampaniyaları üçün ianə edilməsi və istifadəçilərin bir-birinə pul göndərib
almasına imkan tanıyır. Lisenziya sadəcə İrlandiyada deyil, bütün Avropada da
keçərli olacaq.
Avropalılar da artıq Messenger-dən pul göndərə biləcəklər
Facebook oxşar pul köçürmələrini ABŞ-da
Messenger üzərindən edə bilirdi, amma Avropada bunun üçün lisenziya yox idi.
Sosial media nəhənginin bu ödəmə sistemlərini
həyata keçirmək və inkişaf etdirmək üçün qurduğu bir şirkət də mövcuddur.Facebook Payments International Ltd (FBPIL) adlı şirkət, Facebook üzərindən
bütün ödəmə xidmətlərini həyata keçirirdi.
Facebook Messenger, 2015-ci ilin mart
ayında ABŞ-da ödəmə xidmətləri üçün lazımlı lisenziyaları almışdı. Bunun sayəsində
fərqli firmalar, Messenger üzərindəki Chatbot tətbiqləri üzərindən sifariş alıb
ödəmələrini yenə Messenger üzərindən qəbul edə bilirlər.
Linki kopyala
Həftənin xəbərləri
Whatsapp yaxın zamanda 2 yeni funksiyanı əldə edəcək
Qutusu açılmamış birinci nəsil iPhone modeli 15 Pro Max-dan təxminən 80 qat baha qiymətə satılıb!