main-post-cover

    Facebook Messenger Material Dizayn dəyişikliyinə gedir

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook şirkəti özünün mesajlaşma proqramı olan Messenger'in material dizaynda olacağını açıqladı.

    Yeni dizaynda da əvvəlki versiyada olduğu kimi yuxarıdakı bölmələr olduğu kimi qalacaq. Belə ki, "Recent", "Groups", "Contacts", "Settings" bölmələrində bir dəyişiklik olmayacaq, amma yeni görünüş alacaq. Bildiyimiz kimi Facebook bundan öncə özünün Facebook və Whatsapp proqramlarına material dizayn tətbiq etmişdi. İndi isə növbə Messenger proqramına çatıb. Messenger developerlərindən biri olan David Marcus qeyd edib ki, dünyada bütün insanlar artıq Messenger'in də material dizayna keçməsini istəyirdi. Onların istəyini nəzərə alaraq işə başlanılıb və qısa müddətdə tam formada qarşımıza çıxacaq.
     
    Facebook Messenger'in yeni dizaynının nə vaxt təqdim olunacağı deyilməsə də, bu prosesin elə də çox çəkməyəcəyi qeyd olunub.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər