main-post-cover

    Facebook Messenger üçün yeni funksiya

    Elm & Texnologiya
    07.05.2017
    Farid Pardashunas

    Facebook, Messenger tətbiqinə yeni bir funksiya əlavə edib. Facebook Messenger-in yeni xüsusiyyəti nədir və hansı özəllikləri var?

    Facebook Messenger-in yeni funksiyası "Add Contact” adlanır. Bu yenilik nələr vəd edir?
    Belə ki, dostluq siyahınızda olmayan biri sizə ismarıc yolladıqda, siz ismarıcı qəbul edə və ya rədd edə biləcəksiniz. Beləliklə, siz həmin şəxsi qəbul etdikdə onu dost siyahısına qəbul etmək məcburiyyətində deyilsiniz. Siz qarşı tərəfə icazə verməyənədək o, sizi narahat edə bilməz və ya ismarıc yollaya bilməz.

    Facebook Messenger-in əsas məqsədi bu xidmətdən istifadə edənlərin rahatlığını təmin etməkdir. Şirkət "Add Contact” funksiyası ilə Facebook və Facebook Messenger arasında fərq yaratmaq istəyir. Bununla şirkət bu iki sosial əlaqə vasitələrinin bir-birindən ayırmaq və daha da inkişaf etdirmək niyyətindədir. Bununla "Facebook” şirkəti WhatsApp, LINE, Snapchat, WeChat kimi tətbiqlərə alternativ tətbiq yaratmaq istəyir. Təəssüf ki, şirkət yeni funksiyanı nə zaman istifadəyə verəcəyini hələ ki, açıqlamayıb.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər