main-post-cover

    Facebook Messenger qrup video söhbətləri aparmağa imkan verəcək yeni xüsusiyyətini təqdim edib

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas

    Facebook, Messenger xidməti üçün yeni bir xüsusiyyəti təqdim edib.

    Facebook hər keçən gün yeniliklər etməkdə davam edir. Bu yeniliyin digərləri ilə müqayisədə daha çox diqqət çəkməsi gözlənilir.
    Facebook artıq uzun müddətdən bəri qrup video söhbətləri üzərində işlər aparmaqda idi. Bu yenilik sayəsində 50 adam eyni zamanda video danışıq edə biləcək. Bu haqda məlumatı The Verge xeber saytı yayımlayıb. İstifadəçi bu xidmətdən çox asanlıqla yararlana biləcək. Bunun üçün qrup söhbətinə daxil olaraq ekrandakı kamera işarəsinə klik edərək video söhbətə qoşula bilər. Bu arada həmin anda digər istifadəçilər də bir-birlərini görə bilirlər. Bu yeniliyin bir digər maraqlı tərəfi isə tətbiq sadəcə 6 nəfərin ekranda videosuna icazə verməsidir.
     
    Bir digər tərəfdən 6 nəfər eyni anda danışarsa, onda ekrana yalnız səsi ən yüksək olan şəxsin səsi ötürülür. Əslində Messenger üçün bu yenilik bir qədər geçikmiş hesab oluna bilər. Belə ki, Google HangoutsMicrosoft Skype belə qrup video söhbəti üçün 10 nəfər limit təyin etmişdi. Messenger-ə isə belə qrup danışığı təqribən aprel ayında təqdim olunmuşdu. Həmçinin burda yalnız bir-bir danışıq mümkün idi. Bundan əlavə Facebook-un ən böyük rəqibi Snapchat video zəngləri bu il yayımlamışdı. Facebook-un tərkibində yer alan WhatsApp isə keçən ay bu yeniliyi istifadəçilərə təqdim etdi. Verilən məlumata görə istifadəçilər həmçinin video və audio istifadəsi zamanı yazı, stiker və digər animasiyalardan istifadə edə biləcəklər. Artıq yayımlanan yeniliyin qısa zamanda bütün dünyada aktiv hala gəlməsi gözlənilir.
    Doğrusu bu qədər şəxsin eyni anda necə video söhbət aparması hər kəs üçün maraqlıdır. Yenilənmə istifadə olunmağa başladıqda bunun haqda fikir bildirmək mümkün olacaq.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər