main-post-cover

    Facebook Messenger\'də basketbol oynayın

    Sosial Media
    07.05.2017
    Farid Pardashunas
    Facebook, ayrı bir platforma kimi mövcud olan Messenger tətbiqinə yeni funksiyalar əlavə etməyə davam edir. Bu yeniliklərdən biri (bu linkdə paylaşdığımız) Messenger’da şahmat oynamaq üçün əlavə olunan kodlar idi. İndi isə ABŞ'dakı kollec basketbolu turniri səbəbilə kiçik bir yenilik edən Facebook, Messenger’a bir basketbol oyunu əlavə edib.
    Facebook Messenger'də basketbol oynayın
     

    Messenger'də basketbol oynamaq üçün nə etmək lazımdır ?
     
    Facebook Messenger sonuncu versiya (62.0.0.30.75) olmalıdır. Basketbol oyununu açmaq üçün emosiyalar arasından basketbol topunu seçib hər hansı bir dostunuza göndərməli və həmin mesajdakı basketbol topuna toxunmalısınız. Topa toxunduqda söhbət pəncərəsindən fərqli bir pop-up səhifəsi açılır.
     
    Facebook Messenger'də basketbol oynayın

     
    Oyun açılandan sonra ekrandakı topu sürüşdürərək basketbol toruna salmağa çalışırsınız. Ardıcıl 10 topu tora saldıqdan sonra oyun çətinləşır və basketbol toru sağa və sola hərəkət edir.
     
    Facebook Messenger'də basketbol oynayın

     
    Şahmat oyunundan sonra basketbol oyununun da ortaya çıxmağı Facebook’un Messenger üçün yeni planları olduğundan xəbər verir. 2000-ci illərdə məşhur olan MSN Messengerdə də belə oyunların olmağı, "Facebook Messenger MSN’in boşluğunu doldurmaq istəyir" kimi fikirlərə səbəb olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər