Facebook Messenger\'ə möhtəşəm yeniliklər gəlir!
Sosial Media
07.05.2017
Farid Pardashunas
Facebook’un uzun zamandır ayrı olaraq istifadə etdiyimiz populyar mesajlaşma servisi Messenger, Android Police saytının verdiyi xəbərə görə yaxın zamanlarda yenidən SMS dəstəyi ala bilər.
Hələlik sadəcə Messenger’ın Android versiyası üçün gələcəyi söylənilən dəstək, insanların birbaşa olaraq Messenger üzərindən SMS göndərməsini təmin edəcək. Əslində bu dəstəyi çox uzun zaman öncə təqdim edən, amma istifadə olunmadığı üçün ləğv edən Facebook, deyəsən yeni bir potensialı dəyərləndirmək istəyir. SMS ilə normal mesajlar arasındakı fərqlər isə sadəcə söhbət balonlarının rəngində olacaq.
Ortaya çıxan digər bir məlumata görə isə Messenger üçün bir neçə hesab xüsusiyyəti veriləcək. Beləliklə, bir neçə Facebook hesabını bir proqramdan idarə edə biləcəksiniz. Bu xüsusiyyət bəzi istifadəçilərə təqdim olunsa da, rəsmi olaraq bütün istifadəçilərə nə vaxt təqdim olunacağı bilinmir.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
Huawei Pura 70 və Pura 70 Pro təqdim olunublar - QİYMƏTİ
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək