main-post-cover

    Facebook Messenger\'ə şahmat gəlir!

    Sosial Media
    Digər
    Oyun və Film
    07.05.2017
    Farid Pardashunas
    Messenger tətbiqində şahmat oynayabiləcəyimizə dair kodlar ortaya çıxdı.
     
    Facebook'dan ayrı bir platforma kimi mövcud olan Messenger tətbiqində hələ ki, gizli saxlanılan bir xüsusiyyət ortaya çıxdı. Əgər şahmat oynamağı sevirsinizsə, bu gizli xüsusiyyət sizi məmnun edəcək.
     
    Bir developer tərəfindən fərqinə varılan bu kodlar, Facebook Messenger üzərindən şahmat oynanılmasını mümkün edən bir yenilik edəcəyini ortaya çıxardı. Kodlara görə Messenger üzərindən şahmat oyununu başlatmaq üçün söhbət bölümünə "@fbchess play" yazmanız lazım olacaq.
     


    Oyundakı gedişlər toxunuşla həyata keçirilmir. Bəlkə də təkminləşdirilmiş olacaq yeni versiyada bu mümkün olacaq. Oyunu oynamaq üçün söhbət bölümünə əl ilə yazılar daxil edilməlidir.
    Şah üçün K, vəzir üçün Q, Filüçün B, At üçün N, Top üçün R və piyadalar üçün P hərflərindən istifadə etməlisiniz. Məsələn, e2 xanasındakı piyadanı e4 xanasına aparmaq üçün söhbət yerinə "@fbchess Pe4" yazılması vacibdir. 

    Oyun daxilində etdiyiniz gedişi geri almaq, rəng seçimi etmək, Şah demək, bərabərlik təklif etmək, axırıncı gedişi geri almaq, oyunu tərk etmək hətta fərqli bir söhbətdəki oyuna davam etmək üçün müxtəlif kodlar mövcuddur. Şahmat oyunun Messenger'ə nə vaxt gələcəyi dəqiq məlum deyil.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər